Finlandiyalı sosial media fenomeni Olivia Oras 27 yaşında vəfat edib.
“Yeni Sabah” xəbər verir ki, gənc fenomen Helsinkidəki özəl klinikalardan birində planlaşdırılan estetik prosedurdan əvvəl anesteziya aldığı zaman huşunu itirib. O, daha sonra Helsinki Universitet Xəstəxanasına çatdırılıb, lakin həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Orasın ailəsi hadisə ilə bağlı polisə müraciət edib. Helsinki polisi sentyabrın 9-da məsələ ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Polis istintaqın ilkin mərhələdə olduğunu və əlavə məlumatın hələlik açıqlanmadığını bildirib. Dördpendirli pizza
Olivia Oras 14 yaşında sosial media hesabı açaraq Finlandiyada tanınmağa başlayıb. O, 2016-cı ildə həyatından və sosial media ilə münasibətindən bəhs edən “The Perfect Selfie” adlı sənədli filmdə də yer alıb.
Aydan Hacı
Telegram kanalımız