2016-cı ildə Amber Hörd və Conni Deppin qalmaqallı evliliyinin təfərrüatları ortaya çıxanda ictimaiyyət tamamilə aktrisanın tərəfinə keçib və bununla da ərinin karyerasını məhv edib. Lakin keçən il Hördün məhkəmədə Deppə qarşı yalan ifadə verdiyi məlum olub.
Yenisabah.az xəbər verir ki, indi ictimaiyyət ondan bir vaxtlar Conni Deppin etdiyi kimi əməllərinin əvəzini tam ödəməsini tələb edir. Conninin pərəstişkarları "Warner Bros"-a müraciət edərək Amberi "Aquaman" filminin davamından çıxarmağa çağırıblar. Hazırda kinostudiyaya müraciəti 4 milyondan çox insan imzalayıb. Müraciətdə Hördün nikahda “məişət təcavüzkarı” kimi çıxış etdiyi bildirilib.
Xatırladaq ki, indi Virciniyada Conni Depp və Amber Heard arasında məhkəmə çəkişmələri davam edir. Ulduzların hər görüşü onların birlikdə həyatlarına dair yeni faktlar gətirir ki, bunların çoxu netizenləri şoka salır. pizza hut
Bu yaxınlarda Conni Deppin mühafizəçisi Amberin aktyora əl qaldırdığını bildirib.
Telegram kanalımız