5 yaşlı uşaqlar üçün mühüm xəbər -   Valideynlərin NƏZƏRİNƏ

saytların hazırlanması

Evə çatdırılma

5 yaşlı uşaqlar üçün mühüm xəbər - Valideynlərin NƏZƏRİNƏ

Sosial

21 Sentyabr 2026 17:02 92


2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına elektron qəbul prosesi davam edir.

"Yeni Sabah" xəbər verir ki, artıq 104 mindən çox uşağın məktəbəhazırlıq qruplarına qəbulu tamamlanıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) yaydığı məlumata görə, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır. Marqarita pizza

İnternetə çıxış imkanı olmayan vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və təhsilin yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, həmçinin ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2021-ci il təvəllüdlü uşaqlar qəbul edilir.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək və onları təhsil mühitinə uyğunlaşdırmaqdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!