59 illik problemin həlli – 10 ay sonra metroda nələr dəyişəcək?

saytların hazırlanması

Evə çatdırılma

59 illik problemin həlli – 10 ay sonra metroda nələr dəyişəcək?

Sosial

15 Avqust 2026 13:34 99


“Dünən gecə Bakı metrosunun son 59 illik əsas problemlərindən birinin həllinin praktik icrasına başlanılıb. Avqustun 15-i gecə Yaşıl xətt üzrə “28 May” stansiyasından “Nizami” istiqamətində sonuncu qatar keçdikdən sonra həmin tunel bağlanıb və Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsi üzrə tikinti işlərinə start verilib”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, layihənin tamamlanmasından sonra Bakı metrosunun 3 xəttinin hər biri ayrıca deposu və keçid stansiyaları ilə müstəqil fəaliyyət göstərəcək:

“Hazırda “İçərişəhər”–“Həzi Aslanov” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada davam edir və “28 May” stansiyası normal rejimdə fəaliyyət göstərir. “28 May”–“Nizami” sahəsində qatarların hərəkəti layihə başa çatanadək dayandırılıb. Bu müddətdə “Dərnəgül”–“Nizami” istiqamətində hərəkət təmin olunacaq. Layihənin təxminən 10–11 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Toyuqlu pizza

Layihənin tamamlanmasından sonra Bakı metrosunun 3 xəttinin hər biri ayrıca deposu və keçid stansiyaları ilə müstəqil fəaliyyət göstərəcək. Bu isə xətlərin bir-birindən asılılığını azaltmaqla yanaşı, qatarların daha optimal və minimum intervalla hərəkətinə imkan yaradacaq. Sərnişinlər xətlər arasında keçid üçün “28 May” və “Cəfər Cabbarlı” stansiyalarından istifadə edəcəklər. Bu, sadəcə tuneldə aparılan tikinti işi deyil — Bakı metrosunun 60 illik inkişafında struktur baxımından yeni mərhələnin başlanğıcıdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!