“900-1200 manat xərclənir...” - 4 nəfərlik ailə üçün   REAL RƏQƏM

saytların hazırlanması

Evə çatdırılma

“900-1200 manat xərclənir...” - 4 nəfərlik ailə üçün REAL RƏQƏM

Sosial

23 Sentyabr 2026 19:41 277


Azərbaycanda ərzaq xərcləri ailələrin büdcəsində mühüm yer tutur. Üstəlik, son dövrdə ərzaq qiymətlərindəki dəyişiklik bu yükü daha da gündəmdə saxlayır.

Bəs iki böyük və iki azyaşlı uşağın olduğu ailə aylıq gəlirinin nə qədərini yalnız ərzağa xərcləyir?  

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Bella Bəşirova bildirib ki, dörd nəfərlik ailənin ərzağa nə qədər pul xərclədiyini dəqiq demək olmur, çünki bu, ailənin qazancına və yaşayış tərzinə görə dəyişir: Pepperoni pizza

“Düşünürəmki, burada konkret bir faiz demək düzgün olmaz, çünki ailənin gəliri, yaşayış yeri və həyat tərzi xərclərin strukturunu ciddi şəkildə dəyişir. Amma dörd nəfərlik ailə üçün ərzaq xərcləri büdcənin ən böyük maddələrindən biridir. Məsələn, Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-avqust ayları üzrə məlumatına əsasən, pərakəndə ticarətdə əhalinin aldığı mallara xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının payına düşüb. Eyni dövrdə bir nəfər ayda orta hesabla 293,1 manat ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərcləyib. Lakin dörd nəfərlik ailəyə bunu sadəcə 4-ə vurmaq da tam doğru yanaşma deyil. Uşaqların yaşı, qidalanma ehtiyacları və ailənin gəlir səviyyəsi fərqlidir”.

Onun fikrincə, orta gəlirli 4 nəfərlik ailə ayda ərzağa təqribən 900-1200 manat pul xərcləyir:

“Mən hesab edirəm ki, orta gəlirli dörd nəfərlik ailədə aylıq ərzaq büdcəsinin təxminən 900-1200 manat və ya daha çox olması real həyat üçün daha praktik göstəricidir. Bu məbləğ ailənin alış-veriş vərdişindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər. Çünki uşaqlı ailədə ərzaq sadəcə “doymaq” məsələsi deyil, həm də keyfiyyətli və müxtəlif qidalanma məsələsidir. Süd məhsulları, yumurta, ət, toyuq, meyvə-tərəvəz, taxıl məhsulları kimi qidalar uşaqların gündəlik rasionunda daha çox yer tutur. Digər tərəfdən, uşaqlar böyüdükcə onların qida tələbatı da artır. Məktəbə gedən uşaqlarda isə evdəki əsas ərzaq xərclərinə əlavə olaraq məktəb üçün qida, qəlyanaltı və içkilər kimi gündəlik xərclər də yaranır. Yəni iki uşaqlı ailədə ərzaq xərci yalnız ailə üzvlərinin sayının artması ilə deyil, uşaqların yaşına uyğun qida strukturunun dəyişməsi ilə də yüksəlir”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!