Abışov futbolla vidalaşdı - Video

Abışov futbolla vidalaşdı - Video

İdman Veb saytların hazırlanması

19 Noyabr 2023 10:41 751


Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov vida matçına çıxıb.

Yenisabah.az xəbər verir ki, bu, “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında noyabrın 18-də Bakıda keçirilən yoxlama görüşündə reallaşıb

R.Abışov 15 nömrə altında və kapitan sarğısında meydana start heyətində çıxıb. O, 2-ci dəqiqədə Azər Salahovla əvəzlənib. Azarkeşlər Abışovu alqışlarla yola salıblar.

Qeyd edək ki, karyerası ərzində “Neftçi”, “Xəzər Lənkəran”, “Rubin” (Rusiya), “Qəbələ”, “İnter” (hazırkı “Şamaxı”), “Sabah” və “Zirə” klublarının formasını geyinmiş 36 yaşlı Ruslan Abışov ötən ay karyerasını bitirdiyini açıqlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!