Abituriyentlərin   DİQQƏTİNƏ - Son gündür

saytların hazırlanması

Evə çatdırılma

Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür

Sosial

19 Avqust 2026 18:42 73


Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi bu gün başa çatır. Abituriyentlər bu gün saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları "Abituriyentin (subbakalavrın) elektron ixtisas seçimi ərizəsi"nə daxil edib təsdiq etməlidirlər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, 19 avqust saat 17:35-ə olan məlumata əsasən, 84 487 abituriyent (subbakalavr) ərizəsini təsdiq edib. Bununla yanaşı, 1 500-dən artıq abituriyent ixtisas seçimi edib öz ərizələrini yadda saxlasalar da, onu təsdiq etməyiblər. Həmin abituriyentlərin "Şəxsi kabinet"lərində qeyd olunan mobil telefon nömrələrinə bu haqda "SMS" xəbərdarlıq göndərilib. pizza mizza

Qeyd edək ki, müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar. Ərizəsini təsdiq etməyən abituriyentlərə tövsiyə edirik ki, qeyd olunan vaxtadək ərizələrini təsdiq etsinlər. Sabah bununla bağlı daxil olan müraciətlərə baxılmayacaq.

Bundan əlavə qeyd edirik ki, hər bir abituriyent yenidən öz elektron ixtisas seçimi ərizəsinə daxil olub ərizənin təsdiq olunub-olunmadığını yoxlaya bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!