ABŞ qüvvələri iyulun 14-də Şərq vaxtı ilə saat 16:00-dan etibarən İran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatına qarşı blokadanı bərpa edəcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının yaydığı bəyanatda bildirilir.
Qeyd olunur ki, blokada İran limanlarına və sahil ərazilərinə istiqamətlənən, eləcə də həmin ərazilərdən tranzit keçən gəmilərə şamil olunacaq: Toyuqlu pizza
“ABŞ ordusu blokadanın tələblərinə əməl edən bütün gəmilər üçün regional sularda dəniz nəqliyyatının təhlükəsiz hərəkətini dəstəkləməyə davam edir. Bütün dənizçilərə Oman körfəzi və Hörmüz boğazına yaxınlaşarkən dənizçilər üçün yayımlanan bildirişləri izləmələri və 16-cı kanal vasitəsilə ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamaları tövsiyə olunur”./Axar.az
Telegram kanalımız