ABŞ-da ermənipərəst senator istintaqa cəlb olundu

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-da ermənipərəst senator istintaqa cəlb olundu

Dünya

27 Oktyabr 2022 15:04 825


Ermənipərəst çıxışları ilə tanınan, Nyu-Cersi ştatından olan senator Robert Menendez istintaqa cəlb olunub. 

"Report” xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bunu R.Menendezin müşaviri də təsdiqləyib. İstintaqı Manhetten Federal Prokurorluğu aparır. Marqarita pizza

Xatırladaq ki, amerikalı senator 2015-ci ilin aprelində Floridada çalışan göz həkimi Salomon Melqendən rüşvət almaqda ittiham olunub. Prokurorlar Menendezi seçki kampaniyası çərçivəsində 1 milyon dollara yaxın ianə və bahalı hədiyyələr almaqda, həmçinin Melqenin şəxsi təyyarəsində səyahət etməklə bağlı ittiham irəli sürüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!