ABŞ-də dovşan futbol matçını dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

ABŞ-də dovşan futbol matçını dayandırdı

İdman

21 Sentyabr 2026 08:30 122


ABŞ-də futbol üzrə MLS müntəzəm çempionatının matçı meydana dovşanın qaçması səbəbindən dayandırılıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə "Toyota Stadium"da "Dallas" və "Ostin" komandaları arasında keçirilən oyunun 76-cı dəqiqəsində baş verib.

Bir neçə dəqiqədən sonra dovşanın meydanı tərk etməsinə kömək edilib - "Dallas"ın hücumçusu Loqan Farrinqton və komandanın əməkdaşı reklam lövhələrini kənara çəkərək çıxış üçün yol açıblar. Marqarita pizza

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Bu, son bir ay ərzində MLS oyununun analoji hadisələrə görə dayandırıldığı ilk hal deyil. Avqustun sonunda "San-Xose" klubunun ev arenası olan "PayPal Park" stadionunun meydanına azyaşlı uşaq daxil olmuşdu. Sentyabrın 13-də isə "Sinsinnati" klubunun "TQL Stadium" arenasında meydana sincab qaçmışdı./Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!