Yazıçıdan gözlənilməz qərar: Kitabını 100 manata satacaq

saytların hazırlanması

Evə çatdırılma

Yazıçıdan gözlənilməz qərar: Kitabını 100 manata satacaq

Şou

25 Noyabr 2026 16:38 53


Yazıçı Ulucay Akif ilk hekayələr kitabını 100 manata satışa çıxarmağa hazırlaşır.

“Yeni Sabah” xəbər verir ki, müəllif bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, indiyədək çap olunan dörd kitabı şeirlər toplusu olub və yaxın zamanda ilk hekayələr kitabı oxuculara təqdim ediləcək. Sərfəli qiymətə məhsullar

U.Akif kitabın qiymətinin 100 manat olacağını, cəmi 200 nüsxə çap ediləcəyini açıqlayıb. O, bu qərarını yazmağa sərf etdiyi vaxtın və əməyin qarşılığını almaq istəyi ilə əsaslandırıb.

Yazıçı kitabının qiymətini yüksək hesab edənlərə də münasibət bildirib:

“Kimsə çıxıb "100 manata kitab olaaaaaaar?!" deyə bilər.

Niyə olmaz?

Kim deyir olmaz?

Müğənnilərin bir-iki saatlıq konsertlərinə, "Bu şəhərdə"nin, "Planeta Parni iz Baku"nun düşük çıxışlarına, 90 dəqiqəlik futbol oyunlarına aldığınız neçə yüz manatlıq biletlər baha olmur, toya çağırdığınız manısların fonoqram ifalarına, meyxanaçıların söyüşlü qafiyələrinə görə verdiyiniz şabaşlar baha olmur, bir yazıçının aylarını, illərini sərf edib ərsəyə gətirdiyi kitab baha olur?

Mən belə düşünmürəm. Sizi bilmirəm, öz işinizdir.

Bahadır, alma. Nəyi özün üçün lazımlı bilirsənsə, pulunu da ona xərclə.”

O, kitabın satışından əldə edəcəyi gəlirin onun üçün əsas məqsədlərdən biri olduğunu gizlətməyib:

“Yazdığım mətnlərin dəyər görüb-görməməyi, gələcəkdə hansısa küçəyə, parka adımın verilib-verilməməyi, insanların yaddaşında necə bir yazıçı kimi qalıb-qalmamağımın mənim üçün heç bir önəmi yoxdur. Mən gördüyüm işdən heç bir fırıldaq, riyakarlıq, maxinasiya eləmədən gəlir əldə etmək istəyirəm. Yəni səbəb bu qədər sadədir.

Aylarımı, illərimi sərf edib kitab çap edirəm və bunun qarşılığını da elə birbaşa öz əməyimdən qazanmaq istəyirəm”.

Ulucay Akif qeyd edib ki, kitabın 200 nüsxəsi 20 ilə satılsa belə, bu, onun üçün problem deyil.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!