ABŞ-li hərbçilər Hörmüz boğazı zonasında İrana qarşı yeni zərbələr endirməyə başlayıblar.
"Yeni Sabah" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ Mərkəzi Komandanlığının qüvvələri İranın Hörmüz boğazında ticarət gəmilərinə hücum etmək üçün istifadə etdiyi hərbi imkanları məhdudlaşdırmaq məqsədilə növbəti zərbələr seriyasına başlayıb", - deyə rəsmi məlumatda bildirilir. Pepperoni pizza
Əməliyyat ABŞ-nin Şərq sahili vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə saat 23:00-da) start götürüb./Oxu.az
Telegram kanalımız