ABŞ rəhbərliyi Avropa ölkələri, Yaponiya, Cənubi Koreya və Tayvan da daxil olmaqla mütəffiqlərinə xəbərdarlıq edib.
“Yeni Sabah” Bloomberg-ə istinadla xəbər verir ki, bağlanmış müqavilələr üzrə hava hücumundan müdafiə (HHM) sistemləri, onlar üçün raketlər və uzaqmənzilli hücum silahlarının tədarükü azı 5 il təxirə salına bilər.
Buna səbəb Vaşinqtonun mövcud hərbi resurslarını öncə öz ehtiyaclarının ödənilməsinə – son hərbi əməliyyatlar və münaqişələr fonunda kəskin şəkildə tükənmiş hərbi arsenalının bərpasına yönəltmək qərarıdır. Pepperoni pizza
ABŞ-nin müdafiə sənayesi tərəfdaş ölkələrin artan sifarişlərini qısa müddətdə qarşılamaqda çətinlik çəkir. Bu gecikmələrin xüsusilə HHM sistemlərinə ehtiyacı olan müttəfiqlərin müdafiə planlarına böyük zərbə vuracağı vurğulanır.
Nazim Hacıyev
Telegram kanalımız