ABŞ ordusunun raket ehtiyatları tükənir

saytların hazırlanması

Evə çatdırılma

ABŞ ordusunun raket ehtiyatları tükənir

Dünya

07 Avqust 2026 15:28 96


ABŞ ordusu yer-hava raketləri (YHR) və ballistik raket ehtiyatlarını həddindən artıq tükəndirib.

"Yeni Sabah" ABC-yə istinadla xəbər verir ki, bu, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilində əks olunub.

"Patriot" raket ehtiyatları üçdə iki, İranla müharibədən əvvəl 452 ədəd olduğu təxmin edilən THAAD raket ehtiyatları isə yarıya qədər azalıb. Dəqiq rəqəmləri müzakirə etməkdən imtina edən ABŞ rəsmisi ABC-yə bildirib ki, hər iki raketin ehtiyatları olduqca azdır. Marqarita pizza

ATACMS taktiki ballistik raketləri və "Precision Strike Missile" (Dəqiq Zərbə Raketləri) kimi uzun mənzilli zərbə silahlarının ehtiyatlarının az olması da narahatlıq doğurur.

ABŞ Prezidenti Donald Trampın Pentaqonun tükənmiş silah ehtiyatları ilə bağlı mediada yayılan xəbərlərlə bağlı yeni araşdırmalar aparmağı əmr edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!