ABŞ-ın 1,25 milyard dollar həcmində qrant maliyyələşdirməsinin növbəti tranşı Ukraynanın dövlət büdcəsinə daxil olub.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Bu vəsaitlər Dünya Bankının Ukraynada inzibati potensialın gücləndirilməsi üzrə dövlət sektorunda çalışan işçilərin əmək haqqı, dövlət xərclərinin (İnzibati Bacarıqlara Dözümlülük, Sülh Xərcləri) dəstəklənməsi layihəsi çərçivəsində əldə edilib və sosial cəhətdən həssas vətəndaşların müəyyən kateqoriyalarına ödənişlər üçün dövlət büdcəsinin xərclərini qismən ödəmək üçün nəzərdə tutulub. Dominos pizza
Bundan əvvəl Ukrayna Maliyyə Nazirliyi bildirmişdi ki, ABŞ-ın Sülh layihəsinə fevral və mart aylarında ayırdığı yardım paketinin ümumi həcmi 2,5 milyard dollar təşkil edəcək.
Ukraynaya artıq 1,25 milyard dollar həcmində qrant vəsaitinin birinci tranşı daxil olub.
Ümumən hərbi əməliyyatlar başlayandan bəri Ukrayna artıq ABŞ-dan 15,5 milyard dollar qrant alıb.
Telegram kanalımız