Afaq Aslan açıq geyinməyindən danışdı:   “Elə bir fakturam var ki...“

saytların hazırlanması

Evə çatdırılma

Afaq Aslan açıq geyinməyindən danışdı: “Elə bir fakturam var ki...“

Şou

28 İyun 2021 11:05 2440


Yenisabah.az müğənni Afaq Aslanla müsahibəni təqdim edir: 

- Afaq xanım, sizi tanımayan bir adama özünüzü necə təqdim edirsiniz?

- Afaq Aslan deyəndə hamı bilir ki, söhbət kimdən gedir. Məncə, özümü təqdim eləməyə ehtiyac yoxdur. Marqarita pizza

- Tutaq ki, bir nəfər tanımadı...

- Müğənni Afaq Aslan! Beləcə də təqdim edərəm.

- Bilmək istəsə ki, harda doğulmusunuz, valideynləriniz nə işlə məşğuldur...

- Tutaq ki, bir nəfər tanımadı...

- Onu açıqlamayım (gülür). Amma ikisi də dövlət universitetində dərs deyir.

- Valideynləriniz müəllimdir. Bəs sizə açıq-saçıq fotolarınıza görə irad bildirmirlər?

- İnsanın əxlaqı və tərbiyəsi heç də onun geyimi ilə ölçülmür. Yəni səhnə adamıyamsa, artıq ictimailəşmiş bir insanamsa, məni milyonlar izləyirsə və sənət naminə açıq-saçıq geyinirəmsə, bu, o demək deyil ki, əxlaqım və tərbiyəm yoxdur. Məni şəxsən tanıyanlar da yaxşı bilir ki, həyatda açıq-saçıq geyinən insan deyiləm. Hətta diqqət etsəniz, görərsiniz ki, heç efirlərə də açıq-saçıq geyinmirəm. Sadəcə olaraq elə bir fakturam var ki, bağlı da geyinsəm, gözəlliyim gözdən qaçmır...

- Özünüz hansı universiteti bitirmisiniz?

- İxtisasca memaram. Memarlıq və İnşaat universitetini bitirmişəm. Musiqi ilə lap uşaqlıqdan məşğul olmuşam. Ümumiyyətlə, mən musiqini heç vaxt ciddi sənətim kimi qəbul etmirdim. Həmişə buna hobbi kimi yanaşmışam və fikirləşirdim ki, mən memaram. Universitet illərində memar kimi fəaliyyət də göstərmişəm. Ancaq bu sahə məni cəlb eləmədi. (publika.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!