Afaq Bəşirqızı səhnədən getmək barədə düşünür?

saytların hazırlanması

Evə çatdırılma

Afaq Bəşirqızı səhnədən getmək barədə düşünür?

Şou

29 May 2024 16:51 528


Xalq artisti Afaq Bəşirqızı səhhətindəki problemdən danışıb. 

Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, "Elgizlə izlə" verilişinə müsahibə verən aktrisa hazırda müalicə aldığını deyib.

O bildirib ki, səhhətindəki problemlərə görə səhnədən getməyi düşünüb: Toyuqlu pizza

"Bədənimdə saysız-hesabsız əməliyyatlar, xəstəliklər var idi. Bilirəm ki, artıq 18 yaşım yoxdur. Amma ona ümidlə baxdım. Reabilitasiya mərkəzinə gəlməyim son ümidim idi.

Bu yaxınlarda tamaşada oynadım. Tamaşadan sonra həmkarlarıma söylədim ki, səhnədən ayrılmaq istəyirəm. Artıq getməyin vaxtıdır, amma ayrıla bilmirəm. Xasiyyətimə bələd insanam. Əgər həqiqətən də səhnədən uzaqlaşsam, özümə qapanacağam. Heç mənim yerimi və məkanımı da bilməyəcəklər.

Səhnədə qalmaq istəyirəm. Səhnədə qalmaq üçün isə müalicələrimə başlayacağam".

A.Bəşirqızı uzun illərdir ki, xərçəng xəstəliyi ilə mübarizə aparır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!