AFFA həkimi olmayan klubları cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA həkimi olmayan klubları cərimələdi

İdman

16 Oktyabr 2026 13:11 84


Bu gün AFFA İntizam Komitəsinin iclasında Azərbaycan 2-ci liqasının 7-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

 "Yeni Sabah" xəbər verir ki, “Ağstafa Gəncləri” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 70, 7 nömrəli futbolçu Hüseyn Alıyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 50, “Şəki” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70, “Şəki” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub 250, “Şirvan” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 70 manat cərimələnib.

Bundan başqa, “Şəmkir” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 200, “Hypers” komandasının 4 nömrəli futbolçusu Saleh Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun klub 50, komandanın azarkeşləri pirotexniki vasitədən istifadə edildiyinə görə klub 300 manat cərimə ödəməli olacaq. Pepperoni pizza

“Kür-Araz”, “Ağdaş” klubları da cərimələnib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!