Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar ölkəsi ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə töhfə vermək niyyətindədir.
"Yeni Sabah" xəbər verir ki, bu barədə o, Prezident İlham Əliyevə etimadnaməsini təqdim etdikdən sonra "X" sosial şəbəkəsində bildirib.
"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməmi təqdim etmək mənim üçün şərəf idi. Hindistan və Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsinə töhfə vermək fürsətini səbirsizliklə gözləyirəm", - diplomat yazıb. pizza
Telegram kanalımız