Bu dəfə qadağan olunmuş əşyaları belə gizlətməyə çalışdılar -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bu dəfə qadağan olunmuş əşyaları belə gizlətməyə çalışdılar - FOTO

Kriminal

16 Oktyabr 2026 14:08 95


Cəzaçəkmə müəssisəsində məhkuma gətirilən sovqatdan narkotik və psixotrop maddələr aşkarlanıb.

Bu barədə "Yeni Sabah"a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

Penitensiar xidmətin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma atası tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Yoxlama zamanı idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 16 bükümdə 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram qurudulmuş marixuana aşkar edilib. pizza hut

Faktla bağlı araşdırma aparılır.

Penitensiar xidmət bir daha vətəndaşların diqqətinə çatdırıb ki, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!