Bu sürücülər 150 manat cərimələnəcək - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bu sürücülər 150 manat cərimələnəcək - VİDEO

Avto

16 Oktyabr 2026 12:32 437


LED işıqlardan istifadə faciəyə səbəb ola bilər. Bu işıqlar digər hərəkət iştirakçılarının görmə qabiliyyətinə mane olmaqla yanaşı, avtomobil sahibinin özü üçün də ciddi təhlükə yarada bilər.

“Yeni Sabah”Azərbaycan Televiziyasına (AzTV) istinadən xəbər verir ki, gecə saatlarında, xüsusilə zəif işıqlandırılan və ya tamamilə qaranlıq ərazilərdə avtomobillərin standart işıqlandırma sistemi bəzən sürücülər üçün kifayət etmir.

Bu səbəbdən bəzi sürücülər daha güclü və parlaq işıq saçan LED lampalar quraşdırmağa üstünlük verirlər. Lakin belə lampalar yolu daha yaxşı işıqlandırmaq əvəzinə, qarşıdan gələn sürücülərin gözlərini qamaşdıra, onların yolu və yol nişanlarını görməsini çətinləşdirə bilər. Nəticədə qəza riski artır. Dördpendirli pizza

"Gözləri qamaşdırır, yolu tam görmək mümkün olmur. Yol nişanlarını və digər işarələri seçmək çətinləşir", - sürücülərdən biri bildirib.

Digər sürücü isə belə işıqların gözlərinə mənfi təsir göstərdiyini deyib:

"Doğrudan da, sürücünün gözlərinə pis təsir edir".

Qanunvericiliyə əsasən, nəqliyyat vasitələrinin xarici işıq cihazlarının sayı, tipi, rəngi, yerləşməsi və iş rejimi avtomobilin konstruksiyasına uyğun olmalıdır. Bu tələblərə cavab verməyən, standartlara uyğun olmayan LED lampaların quraşdırılması qanun pozuntusu hesab edilə bilər.

Mövzu ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli bildirib ki, belə hal aşkarlandıqda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla avadanlıqların quraşdırılmasına və ya dəyişdirilməsinə görə 150 manat məbləğində cərimə tətbiq edilir.

"Belə hallarda nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir", - deyə o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!