İş yerini dəyişənlərə ödəniş ediləcək? -   Milli Məclisdən qərar

saytların hazırlanması

Evə çatdırılma

İş yerini dəyişənlərə ödəniş ediləcək? - Milli Məclisdən qərar

Sosial

16 Oktyabr 2026 12:16 254


Milli Məclisin bugünkü iclasında Vergi Məcəlləsində və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirə olunaraq qəbul edilib.

"Yeni Sabah" xəbər verir ki, müzakirələr zamanı çıxış edən deputat Arzu Nağıyev bildirib ki, layihə bir sıra qanunvericilik aktlarında müvafiq uyğunlaşdırmaların və düzəlişlərin edilməsini nəzərdə tutur.

Millət vəkilinin sözlərinə görə, təklif olunan dəyişikliklər müvafiq dövlət orqanlarının əməkdaşlarının əməyinin ödənilməsi, eləcə də onların və ailə üzvlərinin yeni qulluq və ya xidmət yerinə köçməsi ilə bağlı xərclərinin qarşılanması mexanizmlərini əhatə edir. pizza

Layihədə, həmçinin köçmə ilə əlaqədar daşınma xərclərinin ödənilməsi və birdəfəlik kompensasiya verilməsi ilə bağlı hüquqi ifadələrin daha dəqiq formulə edilməsi öz əksini tapıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!