Meksikada turistlərin istirahət etdiyi süni göllərdə beyin üçün təhlükəli olan amöb (isti şirin sularda yaşayan, mikroskopla görünən təkhüceyrəli canlı) aşkar edilib. Hadisədən sonra ərazidəki 6 göl ehtiyat tədbiri olaraq bağlanıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Kathimerini” nəşri məlumat yayıb. Meksikanın Yukatan ştatında səhiyyə qurumları sentyabr ayında su xizəyi üzrə məşqçinin amöba infeksiyası səbəbindən ölümündən sonra ərazidəki 9 gölün suyunu yoxlayıb. Yoxlamalar nəticəsində 6 süni gölün bağlanmasına qərar verilib. Göllər istirahət və əyləncə məqsədilə yaradılıb. Turistlər ticarət mərkəzləri və bahalı bağ evləri arasında yerləşən bu sularda su xizəyi sürə və kanoe ilə gəzə bilirlər. Yukatan ştatı Meksika körfəzindəki çimərlikləri, istirahət mərkəzləri və qədim Maya şəhərlərinin qalıqları ilə tanınır.
Yoluxma təhlükəsi barədə xəbərdarlıq edilib pizza mizza
Ştatın səhiyyə naziri Alberto Alkoser sakinlərə çirkli su ilə təmasdan sonra hər hansı narahatlıq yaranarsa, dərhal tibbi yardıma müraciət etməyi tövsiyə edib. Nazir bildirib ki, amöbanın ərazidə aşkarlanması epidemiya olduğu və ya həmin bölgəyə gələn bütün insanların xəstələnəcəyi demək deyil. Yoluxma yalnız amöba ilə çirklənmiş suyun burun vasitəsilə orqanizmə daxil olması nəticəsində baş verir.
Yoluxma halları çox vaxt ölümlə nəticələnir
Bir neçə gün xəstəxanada müalicə alan su xizəyi məşqçisinin amöbanın törətdiyi nadir beyin iltihabı səbəbindən öldüyü bildirilir. “Naegleria fowleri” adlı bu mikroskopik canlı dünyanın müxtəlif yerlərində, əsasən isti göllərdə, çaylarda və bataqlıqlarda yaşayan şirin sularda çoxalır. Xüsusilə suyun temperaturu 35-46 dərəcə olduqda onun çoxalması üçün əlverişli şərait yaranır.
Amöba insan beyninə daxil olduqda ağır iltihaba səbəb ola bilər. İnfeksiyaya yoluxma nadir hallarda baş versə də, xəstəliyin ölüm riski son dərəcə yüksəkdir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız