Azərbaycan Rusiya neftinin ölkənin neft emalı zavodlarına tədarükü üçün Bakı-Novorossiysk neft kəmərindən istifadə etməyi nəzərdən keçirir.
"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu SOCAR-ın itse-prezidenti Elşad Nəsirov Rusiya Enerji Həftəsində bildirib.
O qeyd edib: "Rusiya istəsə, Rusiyadan keçən Bakı-Novorossiysk neft kəməri istifadə oluna bilər, çünki əks axın 1996-cı ildə həyata keçirilib. Lakin boru kəməri həmişə Rusiya neftinin Azərbaycandakı neft emalı zavodlarına tədarükü üçün istiqamətini dəyişə bilər". Dominos pizza
Azərbaycan nefti bir neçə marşrutla, o cümlədən Gürcüstan və Türkiyədən keçən Bakı-Tbilisi-Ceyhan və Gürcüstandan keçən Bakı-Supsa boru kəməri ilə ixrac edir.
Telegram kanalımız