Milli Məclisin payız sessiyasının bugünkü plenar iclasında Quba rayonunun iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi bir oxunuşda müzakirə olunaraq qəbul edilib.
"Yeni Sabah" xəbər verir ki, sözügedən dəyişikliklər "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda öz əksini tapıb. Qəbul edilən sənədə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi bundan sonra Bəhrəli-Çınarlı bələdiyyəsi, Vladimirovka bələdiyyəsi isə Elbir bələdiyyəsi adlandırılıb.
Qanunla adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı yaşayış məntəqələrinin də adları müvafiq olaraq yeni adlarla əvəzlənib. pizza sifarişi
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda təsdiqlənib.
Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi barədə qanun qəbul etmişdi.
Həmin qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi, Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi adlandırılmışdı.
Nazim Hacıyev
Telegram kanalımız