“Qanunvericiliyə əsasən, nəqliyyat nişanları sürücülərə görünən yerdə qoyulmalı və rahat oxunmalıdır. Çox yerlərdə normaldır, amma bəzi ərazilərdə ağaclar nişanları görməyə qoymur. Bu nəqliyyat hadisələrinə səbəb ola bilər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov deyib. O bildirib ki, sürücü öz hüquqlarından istifadə edərək, əgər ağaclar, kollar nişanı görməyə qoymursa, tərtib olunan protokolu şikayət edib, ləğv etdirə bilər:
“Əlbəttə, sürücü öz hüquqlarından istifadə edərək, əgər ağaclar, kollar nişanı görməyə qoymursa, tərtib olunan protokolu şikayət edib, ləğv etdirə bilər. Sizcə konkret misal çəkim. Ağacların kəsilməsi ilə məşğul olmalı olan aidiyyəti qurum hərdən işə formal yanaşır. Babək prospektində yerləşən maşın bazarına yanından üzü şəhərə dönən yolun sağında “yol ver” nişanı və “piyada keçidi” nişanı var. Onların hər ikisi ağaclar səbəbindən görünmürdü. Bunu yazandan sonra aidiyyəti qurum hərəkətə keçdi. Amma onların işçisi “piyada keçidi” nişanının yanındakı budağı kəssə də, “yol ver” nişanının qarşısında yenə də ağaclar var. Əslində, həmin problem yenə də qalmaqdadır. Əsas nişan olan “yol ver” nişanı yenə də ağacların arxasında qalıb”. Toyuqlu pizza
Mütəxəssis əlavə edib ki, bu məsələyə məsuliyyətlə yanaşmaq lazımdır:
“Xüsusi qurumlar bu məsələdə diqqəti artırmalıdır. Sosial şəbəkələrdə şikayət videoları olmadan, bu problemlər həll edilməlidir. Bu təhlükəsizliyə təsir edir və qəzalara səbəb ola bilər. Belə qəzalarda adətən sürücü günahkar sayılır, amma əsl günahkar o ağacı vaxtında budamayan işçilərdir”.
Nazim Hacıyev
Telegram kanalımız