“Ağanın nə vecinə, nökərin çöldə canı çıxır” – Deputatdan xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Ağanın nə vecinə, nökərin çöldə canı çıxır” – Deputatdan xəbərdarlıq

Sosial

22 İyul 2021 09:55 1061


“Temperatur 40 dərəcədən yuxarıya qalxırsa, hökumət bütün yerlərdə, xüsusilə də açıq iş şəraitində çalışanların işləməsini qadağan etməli, yaxud da təcili vaxt dəyişikliyinə getməlidir”.

“Yeni Sabah” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, insan həyatı ilə risk etmək olmaz:

“Müşahidə edərəm ki, bir çox yerlərdə iş rejimi əvvəlki qaydada davam edir, necə deyərlər, içəridə kondisener altında oturan ağanın nə vecinə, nökərin çöldə canı çıxır. Dominos pizza

Son günlər temperatur 42-43 dərəcədən aşağı düşmür, ancaq normal açıqlama da verən yoxdur. Adamlar nicat yolunu artıq milli balıqların belə üzə bilmədiyi çirkli dənizimizdə sərinləməkdə tapırlar. Vətəndaşın sağlamlığından vacib heç nə ola bilməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!