Ağsuda evlərdən oğurluq edən keçmiş məhkum saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, 2 evdən oğurluq edib. Həmin ünvanlardan elektrik kabeli, televizor və digər məişət əşyalarını oğurlayıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də dəfələrlə oğurluğa görə məhkum olunmuş Teymur Rəhimov saxlanılıb. O, ifadəsində oğurladıqlarının bir hissəsini satdığını, digərlərini isə gizlətdiyini bildirib. Davam etdirilən tədbirlərlə onun ələ keçirdiyi əşyalar gizlətdiyi və satdığı yerlərdən maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. pizza sifarişi
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib.
Telegram kanalımız