“Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin və Təhminə obrazının bu qədər sevilməsinin sirrini müəllifi kimi mən də aydınlaşdıra bilməmişəm. Bəzən müəllif özü də əsərinin sirrini tam anlaya bilmir. Çünki bəzi əsərlər yazılmır, onlar yaranır. Məhz buna görə yadda qalır.
Bu, “başıbəlalı” adlandıra biləcəyim əsərdir. Digər əsərlərimin onu “qısqanması” isə təsadüfi deyil.
"Yeni Sabah" AZƏRTAC-a istinadla xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
Xalq yazıçısı qeyd edib ki, Təhminə obrazı klassik sevgi qəhrəmanı deyil:
“O, azad olmaq istəyən, hisslərini gizlətməyən, cəmiyyətin sərhədlərinə sığmayan obrazdır. Təhminənin cəsarəti və ziddiyyətləri oxucunu cəlb edir. Bu, azad olmayan cəmiyyətdə azad qalmağa çalışan insanın hekayəsidir. Oxucu əsərdə təkcə iki insanın münasibətini yox, bütöv bir sistemə qarşı daxili üsyanı görür”.
Telegram kanalımız