Anım Günü: Hərbi Memorial Məzarlığa ziyarət başladı

saytların hazırlanması

Evə çatdırılma

Anım Günü: Hərbi Memorial Məzarlığa ziyarət başladı

Sosial

27 Sentyabr 2026 09:20 95


Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür.

"Yeni Sabah" xəbər verir ki, səhər saatlarından başlayaraq şəhidləri yad etmək üçün Hərbi Memorial Məzarlıq ziyarət edilir.

Anım Günü ilə əlaqədar Vətən uğrunda şəhid olanların yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də vətəndaşlar şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq xiyabanı ziyarət edir, məzarları önünə əklil və gül dəstələri qoyur. Dördpendirli pizza

Xatırladaq ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il 27 sentyabr tarixində başlayıb. Nəticədə Qarabağ işğaldan azad edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!