Apteklərdə bu dərmanlar niyə yoxa çıxıb? 

saytların hazırlanması

Evə çatdırılma

Apteklərdə bu dərmanlar niyə yoxa çıxıb? 

Sosial

11 Fevral 2022 10:02 1399


Son vaxtlar apteklərdə ucuz dərmanlar tapılmır. Bəzi vətəndaşlar belə düşünür. Onlar deyirlər ki, xüsusilə də virusların geniş yayıldığı bu dövrdə hər kəs üçün əlçatan olması baxımından apteklərdə ucuz dərmanların satışının təşkili daha yaxşı olardı. Söhbət rusiya istehsalı olan və qiyməti avropa istehsallı dərmanlardan ucuz olan dərmanlardan gedir.

“Yeni Sabah” xəbər verir ki, bu vətəndaş kimi, çox sayda insan son vaxtlar apteklərdən ucuz dərmanlar tapa bilməməkdən şikayətlənirlər.

Onlar iddia edirlər ki, qiymətləri Avropa ölkələrinin istehsalı olan dərmanlardan xeyli ucuz Rusiyanın istehsalı olan dərmanların satışı bir çox aptekdən yığışdırılıb. Sezar pizza

Vətəndaşların sözlərinə görə, indiyədək almağa öyrəşdikləri dərmanlar ucuz olsa da, bu dərmanlar soyuqdəymə, qrip və ürək ağrıları kimi səhhətdə yaranan ənənəvi problemləri aradan qaldırmağa imkan verirdi. Vətəndaşlar xüsusilə də müxtəlif virusların geniş yayıldığı son illərdə belə ucuz dərmanlara daha çox ehtiyac olduğunu deyirlər.

Əczaçılar isə deyirlər ki, belə dərmanların tapılmaması onların ümumiyyətlə depoda olmamasından qaynaqlanır.

Vətəndaşlardan gələn istəkləri isə əczaçılar həmin dərmanların əvəzedicilərini təklif etməklə qarşılamağa çalışırlar.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Əsas səbəb odur ki oliqarx "deputatlar" imkan vermirlər ki özlərinin bahalı və keyfiyyətsiz dərmanları satıb insanları zəhərləniblər.
    4 years ago