Araz Ağalarovdan yeni açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Araz Ağalarovdan yeni açıqlama

Maraqlı

25 Mart 2024 14:16 1613


Şirkət Rusiyada bina və digər obyektlərin tikintisi üzrə fəaliyyətini davam etdirmək niyyətindədir. 

Axar.az xəbər verir ki, bu sözləri TASS-a açıqlamasında 22 martda teraktın baş verdiyi “Krokus Siti Holl”un sahibi, “Krokus Qrup”un prezidenti Araz Ağalarov deyib.

O bildirib ki, bizim missiyamız yaradıcılıqdır:

“Terror qurbanlarını yad edərək, işimizi davam etdirəcəyik”.

Ağalarov vurğulayıb ki, şirkət faciənin nəticələrinin öhdəsindən gələcək, insanlara və ölkəyə xidmət edən obyektlər tikməyə davam edəcək.

Xatırladaq ki, bundan öncə “Krokus Siti Holl”un təmir ediləcəyi bildirilmişdi.

Qeyd edək ki, 22 martda “Krokus”da baş verən terakt nəticəsində, son rəsmi məlumata görə, 137 nəfər ölüb, 180 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!