Argentinada 6,1 bal gücündə zəlzələ baş verib.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakətin episentri 20,2 min nəfərin yaşadığı Anyatuya şəhərindən 45 km şimal-qərbdə yerləşib.
Mənbənin 592 km dərinlikdə yerləşdiyi bildirilir.
Hələlik tələfat və dağıntılar barədə məlumat verilməyib.
Telegram kanalımız