“Arzum”un azadlıqda ilk görüntüləri yayıldı – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Arzum”un azadlıqda ilk görüntüləri yayıldı – VİDEO

Sosial

22 İyul 2026 15:04 339


Paytaxtda ölümlə nəticələnən yol qəzasına görə məhkum edilən və apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılan, “Arzum 9999” ləqəbi ilə tanınan bloger İlduzə Hacıyeva azadlığa çıxdıqdan sonra ilk dəfə görüntülənib.

“Yeni Sabah” Musavat.com-a istinadla xəbər verir ki, məhkəmə binasını tərk edən Hacıyeva yaxınlarının müşayiəti ilə ərazidən uzaqlaşıb. O, jurnalistlərin suallarını cavablandırmayıb.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsi İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. Qərara əsasən, ona ev dustaqlığında olduğu müddətdə sosial şəbəkələrdən istifadə etmək qadağan olunub və yalnız telefon vasitəsilə ailə üzvləri ilə əlaqə saxlaya biləcək. pizza hut

Bundan əlavə, müdafiə tərəfinin işin yenidən araşdırılması ilə bağlı vəsatəti də təmin edilib. Apellyasiya instansiyası işə məhkəmə istintaqı ilə baxılması barədə qərar qəbul edib. Növbəti iclaslarda tərəflər yeni sübutlar təqdim edəcək və iş üzrə araşdırma yenidən aparılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!