Salyanda dəhşətli qəzada 4 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Salyanda dəhşətli qəzada 4 nəfər öldü

Hadisə

21 İyul 2026 09:27 1188


Salyanda 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, 1963-cü il təvəllüdlü Şorsulu kənd sakini Nazim Qasımovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1988-ci il təvəllüdlü Razi Dadaşovun "Toyota Prado" markalı avtomobillə toqquşub.

Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü Nazim Qasımov, eyni kənddən olan sərnişinlər - 1982-ci il təvəllüdlü İlkin Qasımov, 2006-cı il təvəllüdlü Elnur Əhmədov, 1972-ci il təvəllüdlü Vüqar Əsədov hadisə yerində ölüb. Dominos pizza

2003-cü il təvəllüdlü Əlifağa Hümmətov və "Toyota Prado" markalı avtomobildə olan sərnişin 2015-ci il təvəllüdlü Alçalı kənd sakini Namus Dadaşzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan xəstəxanasına daxil olublar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!