Şirkətlərin bank hesablarını talayan şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Şirkətlərin bank hesablarını talayan şəxs saxlanıldı

Kriminal

22 İyul 2026 13:58 67


DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə müxtəlif hüquqi şəxslərə məxsus biznes hesablarına qanunsuz müdaxilə edən şəxsi saxlayıb.

"Yeni Sabah" xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Zakir Nəhmədovdur.

O, xüsusi proqram təminatları hazırlayaraq müxtəlif MMC-lərə məxsus biznes hesablarına aid identifikasiya məlumatlarını ələ keçirib. Daha sonra həmin məlumatlardan istifadə etməklə biznes hesablarına giriş üçün elektron təsdiq sorğuları göndərib. Sorğuların göndərilmə mənbəyi yoxlanılmadan onlar təsdiqlədikdən sonra Z.Nəhmədov hesablara qanunsuz giriş əldə edərək orada olan pul vəsaitlərini ələ keçirib pizza mizza

Sonradan o, cinayət yolu ilə əldə etdiyi vəsaitlərin mənbəyini gizlətmək və "iz" itirmək məqsədilə həmin pulları kriptovalyutaya çevirərək leqallaşdırıb. İlkin araşdırma zamanı Z.Nəhmədovun zərərçəkmişlərə 100 min manatdan artıq ziyan vurduğu məlum olub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!