DİM: 2027-ci ildə yeni imtahan modeli tətbiq olunacaq

saytların hazırlanması

Evə çatdırılma

DİM: 2027-ci ildə yeni imtahan modeli tətbiq olunacaq

Sosial

22 İyul 2026 15:03 87


Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Ümumi 26 test tapşırığı (25 qapalı +1 yazılı) olacaq. 1 dinləmə mətni və mətnə aid (3-ü çoxseçimli, 1-i isə doğru və yanlış cavabın seçilməsi tələb olunan) 4 qapalı tipli test tapşırığı, 2 oxu mətni və hər mətnə aid (3-ü çoxseçimli, 1-i isə doğru və yanlış cavabın seçilməsi tələb olunan) 4, ümumi 8 qapalı tipli test tapşırığı, qrammatik-leksik bilikləri yoxlayan 13 qapalı tipli test tapşırığı, verilmiş sual və ya fikir əsasında faktlar və mülahizələr irəli sürərək öz fikirlərini ifadə etməyi tələb edən yazılı tapşırıq imtahanda yer alacaq. Marqarita pizza

Dövlət İmtahan Mərkəzinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, regional təhsil idarələrinin dəstəyi ilə 2026-cı il aprel-iyun aylarında respublikanın paytaxt şəhər və regionlarında fəaliyyət göstərən ümumtəhsil məktəblərində xarici dil fənləri üzrə 2027-ci ildə tətbiq olunacaq imtahan modeli və nəzərdə tutulan dəyişikliklər ilə bağlı xarici dil müəllimləri üçün seminarlar keçirilmiş, onlara müvafiq metodiki tövsiyələr verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!