Dünyanın nüfuzlu reytinq təşkilatlarından olan Quacquarelli Symonds (QS) 2026-cı il üzrə "Best Student Cities" (Dünyanın ən yaxşı tələbə şəhərləri) reytinqini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, 150 şəhərin qiymətləndirildiyi siyahıda Bakı ötən illə müqayisədə 22 pillə irəliləyərək 95-ci yerdə qərarlaşıb. Paytaxt bu mövqeni Böyük Britaniyanın Aberdin, Çinin Quançjou və Cənubi Afrika Respublikasının Yohannesburq şəhərləri ilə bölüşür.
Reytinqə əsasən, Bakı Cənubi Qafqazda ən yüksək nəticə göstərərək regionun lider tələbə şəhəri olub. Eyni zamanda, Astana (119-cu yer), Bişkek (137-ci yer) və Daşkəndi (146-cı yer) geridə qoyub. Dominos pizza
QS reytinqində şəhərlər universitetlərin beynəlxalq göstəriciləri, məzunların məşğulluq imkanları, təhlükəsizlik, yaşayış və təhsil xərcləri, beynəlxalq tələbələrin sayı, eləcə də tələbələrin rəyləri əsasında qiymətləndirilir.
Telegram kanalımız