“Asan İmza” indi “Azercell” tətbiqində!

saytların hazırlanması

Evə çatdırılma

“Asan İmza” indi “Azercell” tətbiqində!

Rəqəmsal

24 Noyabr 2025 12:18 1310


Rəqəmsal həllərini davamlı olaraq təkmilləşdirən Azercell “Asan İmza” xidmətinin əsas məlumatlarını mobil tətbiqinə inteqrasiya edib. Yeni funksiya vasitəsilə istifadəçilər tətbiq üzərindən gücləndirilmiş mobil elektron imzanın etibarlılıq tarixi, statusu, xidmətin növü və aylıq uzatma müddəti kimi vacib məlumatları rahatlıqla əldə edə bilirlər.

İlkin mərhələdə xidmət yalnız Fakturasız (SimSim) xətt abunəçiləri üçün təqdim olunub, növbəti mərhələdə isə Fakturalı xətt müştəriləri üçün də əlçatan olacaq.

Yeni həll  Azercell abunəçilərinin müştəri təcrübəsini daha da optimallaşdırır və  keyfiyyətli xidmətlərə daha rahat çıxış imkanı yaradır. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!