Asteroid Yerin yaxınlığından keçəcək - NASA

saytların hazırlanması

Evə çatdırılma

Asteroid Yerin yaxınlığından keçəcək - NASA

Dünya

09 May 2023 10:31 604


ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2023 HT4 asteroidinin mayın 12-də Yerin yanından keçəcəyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Sürət Laboratoriyası məlumat yayıb.

Göy cisminin uzunluğu 76 metrdir. Asteroid Yerdən təxminən 6,08 milyon km məsafədə uçacaq. O, saatda 32 min km-dən çox sürətlə hərəkət edir. Sezar pizza

NASA mütəxəssisləri, adətən, potensial təhlükəli astronomik obyektlərin statusunu onlar Yerə 7,5 milyon km-dən az məsafədə yaxınlaşdıqda və göy cisminin diametri 100-150 m-dən çox olanda verirlər. Belə cisimlər quruya düşsələr, dağıntılara, okeana düşsələr isə sunamiyə səbəb ola bilər.

2023 NT4 asteroidi isə hər iki meyara cavab vermədiyi üçün potensial təhlükəli hesab edilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!