Atamızın əmanəti, nəslimizin baş tacı… - MİRCƏLAL QURBANOV YAZIR

saytların hazırlanması

Evə çatdırılma

Atamızın əmanəti, nəslimizin baş tacı… - MİRCƏLAL QURBANOV YAZIR

Sosial

28 Sentyabr 2026 19:38 112


"Əziz anam, 70 yaşın mübarək!"

Azərbaycan Yazıçılar Birliyinin üzvü, sevilən mahnıların və çoxsaylı vətənpərvərlik nəğmələrinin söz müəllifi, nəğməkar şair və bəstəkar, Prezident təqaüdçüsü, polkovnik Mircəlal Qurbanov sosial şəbəkə hesabında anası Zərqələm Ağamusa qızının 70 illik yubileyi münasibətilə səmimi təbrik yazısı paylaşıb.

"Yeni Sabah" həmin yazını olduğu kimi dərc edir: pizza

“Sən evimizin nuru, ailəmizin dayağısan. Masallıdan Bakıya, Qurbanovlar ailəsinə gəldiyin gündən ləyaqətin, mərifətin və mərhəmətli qəlbinlə bu nəslin, bu ocağın ən əziz və ən dəyərli xanımı olmusan. Bizə haqqın tərəfində durmağı, insana dəyər verməyi öyrətmisən. Bu gün nəvələrini də bir vaxtlar bizi böyütdüyün sevgi və qayğı ilə əhatə edirsən.

İnsan dünyadan köçəndə sevgisi, izzəti və əziz xatirəsi doğmalarının qəlbində qalır. Atamızın bizə və bütün doğmalarına bəslədiyi sevgi sənin qayğında yaşayır. Sən onun hər kəsə göstərdiyi diqqəti davam etdirirsən. Ata ocağında açdığın süfrə ətrafında bizi toplayanda, dünyadan köçən doğmalarımızı dualarla yad edəndə atamızın varlığını yanımızda hiss edirik. Sən varsan, deməli, onun sevgisi də, qayğısı da, nəvazişi də bizimlədir.

Atamızdan sonra bu ocağın böyüyü, ağbirçəyi, nəslimizin baş tacı sənsən. Allah səni bizə, nəvələrinə və bütün nəslimizə çox görməsin. Kölgən daim başımızın üstündə, duaların bu nəslin üzərində olsun. Sağlam, uzun ömür yaşa, xoş günlərimizi gör. Qoy ocağımız sənin varlığınla həmişə isti qalsın. Nə yaxşı ki, sənin övladlarınıq, gözəl anam. Səni çox sevirik!”

Qeyd: Nəğməkar şair Mircəlal Qurbanovun anası Zərgələm xanımın 70 illik yubiley məclisində Xalq artistləri Alim Qasımov, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Sevda Ələkbərzadə və Fərqanə Qasımova, xanəndə Zabitə Alıyeva və teleaparıcı Lalə Azərtaş iştirak edərək yubilyarı təbrik ediblər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!