“Atletik”in gəliri rekord həddə çatdı

saytların hazırlanması

Evə çatdırılma

“Atletik”in gəliri rekord həddə çatdı

İdman

28 Sentyabr 2026 17:23 86


İspaniyanın “Atletik” klubu 2025/26 mövsümü üzrə maliyyə nəticələrini bəyan edib.

"Yeni Sabah" xəbər verir ki, klubun hesabat dövründə ümumi gəliri 192,9 milyon avro təşkil edib.

Bu, əvvəlki mövsümlə müqayisədə 20,4 milyon avro çoxdur və futbolçu satışlarından əldə olunan gəlirlər nəzərə alınmadan klub tarixinin ən yüksək göstəricisidir. pizza sifarişi

“Atletik”in əməliyyat mənfəətini göstərən EBITDA göstəricisi iki dəfə artaraq 38,1 milyon avroya yüksəlib. Xalis mənfəət isə təxminən üç dəfə artaraq 20,6 milyon avroya çatıb.

Reklam və sponsorluq gəlirləri də 23% artaraq 12 milyon avro olub.

Klubun idman fəaliyyətindən əldə etdiyi ümumi gəlir 153,6 milyon avro təşkil edib. Bu göstərici əvvəlki mövsümlə müqayisədə 16 faiz çoxdur.

“Atletik”in birbaşa yarışlardan əldə etdiyi gəlir isə 19% artaraq 59,7 milyon avroya yüksəlib. Bu artımda komandanın Çempionlar Liqasında iştirakı və “San Mames” stadionunun istifadəsindən əldə olunan gəlirlərin yüksəlməsi əsas amillərdən olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!