Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Azərbaycan cüdoçusu yarımfinala yüksəldi

İdman

29 İyun 2024 16:07 763


Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda təşkil olunan Avropa çempionatının üçüncü günündə növbəti görüşlərini keçiriblər.

"Report"un Sofiyaya ezam olunan əməkdaşının məlumatına görə, Əli Qazıməmmədov (81 kq) ardıcıl iki qarşılaşmada qələbə qazanıb. 1/4 finalda uduzan Əli Qazımənmədov (81 kq) təsəlliverici görüşə qatılacaq.

Sübhan Axundov (+90 kq) yarımfinala vəsiqə qazanıb. pizza hut

Mələk Bayramlı (70 kq), Mehdi Abbasov (81 kq) və Hüseyn Eyvazlı (90 kq) məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!