“Avropada çoxları Ukraynadan bezib” - Lavrov

saytların hazırlanması

Evə çatdırılma

“Avropada çoxları Ukraynadan bezib” - Lavrov

Dünya

20 Oktyabr 2023 14:10 452


Avropa ölkələrinin hakimiyyət orqanları hipnozla məşğul olur, onlar özlərini Ukraynanın döyüş meydanında qalib gələcəyinə inandırmağa çalışırlar.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya XİN rəhbəri bildirib: “Onlar özlərini Ukraynanın döyüş meydanında qalib gələcəyinə inandırırlar, odur ki bunun baş verməsi üçün hər şeyi etməlidirlər. Buyurun, bu cür özünətəlqin onlara həyatda kömək edərsə, Tanrı köməkləri olsun”. pizza hut

“Düşünürəm ki, Avropada çoxları Ukraynadan bezib. Onlar ətalətlə, özünü hipnozla hələ də bu vəziyyəti ayaqda saxlamağa çalışırlar”, - deyə Lavrov vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!