Avropanın “ən bədbəxt” ölkəsi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Avropanın “ən bədbəxt” ölkəsi açıqlandı

Dünya

04 Aprel 2023 08:28 917


Moldova istilik mövsümündə yaşanan problemlərlə əlaqədar Avropanın “ən bədbəxt” ölkəsi olub.

Bu barədə “IDIS Viitorul” Assosiasiyasından (Moldovanın İnkişaf və Sosial Təşəbbüslər İnstitutu) bildirilib.

Məlumata görə, ölkə istilik mövsümündə 2022-ci ilə nisbətən iki dəfə az qaz istehlak edib. Bu dəfə ölkə təxminən 500 milyon dollarlıq qaz alıb. Sezar pizza

Tarif də orta Avropa səviyyəsindən yüksək olub. Belə ki, Moldova 2023-cü ilin birinci rübündə qazı orta hesabla 1096 dollara alıb, Avropada yanacağın bir kubmetri isə 700 dollar dəyərində olub.

“Moldova sakinləri bu qış bütün Avropa ölkələri arasında ən bədbəxti olub”, - deyə assosiasiyadan vurğulanıb.

Oxu.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!