Metro xətlərinin ayrılması layihəsi çərçivəsində avtobusların hərəkət intensivliyini qorumaq məqsədilə Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, yeni zolaqlar müntəzəm və ekspres marşrutların fasiləsiz hərəkətinə imkan verir. Bununla da avtobuslardan istifadə edən sərnişinlərin maneəsiz və vaxt itkisi olmadan daşınması təmin edilir. pizza hut
Aytac Əliyeva
Telegram kanalımız