Avtobusda bunu edən sərnişinlər   50 manat cərimə olunacaq -DİQQƏT

saytların hazırlanması

Evə çatdırılma

Avtobusda bunu edən sərnişinlər 50 manat cərimə olunacaq -DİQQƏT

Sosial

26 Sentyabr 2026 12:28 24792


Azərbaycanda avtobuslardan istifadə edən sərnişinlər bir sıra qaydalara əməl etməlidirlər. Bu tələblərin pozulmasına görə bəzi hallarda cərimə də tətbiq olunur.

"Yeni Sabah" xəbər verir ki, "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"na əsasən, sərnişin gediş haqqını vaxtında və tam ödəməli, bileti və ya gediş hüququnu təsdiq edən sənədi saxlamalı, tələb olunduqda nəzarətçiyə təqdim etməlidir.

Şəhərdaxili avtobusda ödəniş etmədən getməyə görə sərnişin 5 manat, şəhərlərarası avtobusda biletsiz getməyə görə 15 manat, beynəlxalq marşrut üzrə avtobusda biletsiz getməyə görə isə 25 manat cərimə edilir. Online alış-veriş

Qaydalara əsasən, sərnişin avtobusda daşınmasına icazə verilməyən əşyaları aparmamalıdır. Belə baqaj aşkarlandıqda onunla gedişə davam etməyə yol verilmir və təqsirkar şəxs müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilə bilər.

Bundan başqa, avtobusda tütün çəkmək də qadağandır. İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən, müntəzəm marşrut avtobuslarında tütün çəkilməsinə görə 40 manatdan 50 manatadək cərimə nəzərdə tutulur.

Sərnişinlər həmçinin avtobusda müəyyən edilmiş baqaj və əl yükü qaydalarına riayət etməli, öz ehtiyatsızlığı və ya qəsdən etdiyi hərəkətlərlə daşıyıcıya və digər sərnişinlərə zərər vurduqda həmin zərərin əvəzini ödəməlidirlər.

Qaydaları pozan və cəriməni ödəməkdən imtina edən və ya şəxsiyyəti müəyyənləşdirilə bilməyən sərnişin daxili işlər orqanlarına gətirilə bilər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsində göstərilən bəzi pozuntular birbaşa sərnişinlərə deyil, avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşımalarını həyata keçirən şəxslərə aid məsuliyyət də yaradır. Buna görə hər bir pozuntu üzrə cərimənin kimə tətbiq edildiyini ayrıca müəyyənləşdirmək lazımdır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Eliyeva Mayya
    83 nomreli avtobus suruculeri yol boyu siqaret cekirler,serniwinlerle kobud daniwir,cox oz bawinadilar
    2 months ago
  • Rəfail
    Azərbaycan cərimələr ölkəsidir. Nə qədər cərimə olar?
    2 months ago
  • Urker
    21 09 2026 cı il tarixdə. 99 VQ 476 NÖMRƏLİ 93 NÖMRƏLİ AVTOBUSUN SÜRÜCÜSÜ ANASI YAŞDA QADINLARA BAĞIRIB NALAYİQ SÖZLƏR DEMƏYƏ ASTANOVKADAN KƏNARDA SAXLAYIB SƏRNİŞİN GÖTÜRƏNDƏ .ÖZÜNƏ AİD OLAN SÖZLƏRİ XANIMA DEYƏN SÜRÜCÜYƏ CƏRİMƏNİ KİM YAZACAQ GÖRƏSƏN .BU NÖMRƏLİ AVTOBUSİN SÜRÜCÜSÜ MƏNDƏN ƏVVƏL 2 QADINA DA AXMAQ NALAYİQ SÖZLƏR DEYƏRƏK TƏHQİR ETMİŞDİR .BƏS BUNLARIN CƏRİMƏSİNİ MƏNDƏN SORUŞDALAR DEYƏRDİM Kİ 47 Cİ MADDƏ İLƏ İŞDƏN CIXARILMASI DEYƏRDİM CÜNKİ BÜTÜN AVTOBUSDA OTURAN SƏRNİŞİNLƏR HAMISI GÖRDÜ Kİ MƏNİ NƏ VƏZİYYƏTƏ QOYDU ZÜLMLƏ EVƏ CATDIM TƏZYİQİM 200 Ə KİMİ QALXMIŞDI.SİZ BELƏ ÖZÜNƏ LAYİQ SÖZLƏR DANIŞAN SÜRÜCÜNÜ NİYƏ İŞƏ GÖTÜRÜRSÜNÜZ.
    2 months ago
  • Mais
    Köhnə avtobusların hamısında tütün çəkən elə sürücülər özləridir...
    2 months ago
  • Nicat
    Salam ,xayis edirem nəzərə alınsın avtobus gelende sərnişin sıra ilə avtobusa daxil olmalidi ,Ele daxil olmayan vətəndaşa cərimə yazilsin,xayis edirem nəzərə alınsın
    2 months ago
  • Rahim
    BU QANUNA HEÇ YERDƏ ƏMƏL OLUNMAYIR. GƏLİB SUMQAYITIN AVTOVAĞZALINDANDAKI KASSADAN BİLET ALA BİLƏRSİNİZMİ? HAMI RAYONLARA BİLETSİZ GEDİR. PULU SÜRÜCÜ ALIR.
    2 months ago