Avqustun 28-də ölkə ərazisində polis əməkdaşları tərəfindən 57 cinayət hadisəsinin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin edilib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 135 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 109 nəfər borclu şəxs qismində axtarışda olub. Toyuqlu pizza
Hesabat dövründə narkotiklərlə əlaqəli 20 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.
Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.
Aytac Əliyeva
Telegram kanalımız