Ayətullah Xamenei əmanət qəbirdə dəfn olunub?

saytların hazırlanması

Evə çatdırılma

Ayətullah Xamenei əmanət qəbirdə dəfn olunub?

Dünya

01 İyul 2026 12:09 70


İranın Ali Rəhbərlik İqamətgahı ("Beyt-e Rəhbəri") mərhum Ayətullah Xameneinin əmanət qəbrdə dəfn olunması barədə iddiaları təkzib edib.

"Yeni Sabah" xəbər verir ki, dəfn qərargahının sözçüsü İman Əttarzadə buna dair iddialardan danışıb.

O bildirib: "İlk dəfə elan edirik ki, şəhid İmamımızın və onun şəhid ailəsinin üzvlərinin müqəddəs cəsədi dini və hüquqi standartlara uyğun olaraq son dərəcə hörmət və qayğı ilə qorunub, cəsədlər dəfn edilməyib, nə də əmanət qəbrə həvalə edilib". Sezar pizza

Əttarzadə əlavə edib: "Cəsədlər dini standartlara tam uyğun olaraq son dərəcə hörmət və qayğı ilə saxlanılır".

Xatırladaq ki, fevralın 28-də ABŞ-İsrail hücumu nəticəsində həlak olmuş İslam Respublikası liderinin iyulun 9-da Məşhəddə dəfn ediləcəyi elan olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!