AYNA sərnişinlərə müraciət etdi

saytların hazırlanması

Evə çatdırılma

AYNA sərnişinlərə müraciət etdi

Sosial

17 Sentyabr 2026 18:47 131


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişinlərə müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, AYNA-nın məlumatına görə, sərnişindaşımanın fasiləsiz təşkili istiqamətində tədbirlər davam etdirilir.

Qeyd olunub ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində AYNA tərəfindən təşkil edilən ekspres avtobuslarla sentyabrın 16-da 127 000-dən çox sərnişin daşınıb. Təkcə "28 May" Nəqliyyat Mübadilə Mərkəzindən 200 000-dən çox sərnişin istifadə edib. pizza hut

Müraciətdə sərnişinlərdən avtobus gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanmaları xahiş olunub. Bildirilib ki, bu, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması üçün vacibdir.

Həmçinin avtobuslara minərkən növbəyə riayət etməyin daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan verdiyi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!